Erakoviç gələn həftə "Zenit"ə keçəcək
“Srvena Zvezda”nın müdafiəçisi Straxinya Erakoviç hələ də Sankt-Peterburqa gəlməyib.
Sportline.az xəbər verir ki, 22 yaşlı Serbiya millisinin oyunçusu gələn həftə şəhərə gəlməlidir.
Erakoviç Sankt-Peterburqa gəldikdən sonra tibbi müayinədən keçəcək və çoxillik müqavilə imzalayacaq.
Müdafiəçi ilə müqavilənin daha 3 il müddətinə uzadılması mümkün olduğu bildirilib. Bu futbolçunun maaşı mövsümdə 1,1 milyon avrodur.
Erakoviç növbəti mövsümün ilk yarısını icarə əsasında “Srvena Zvezda” da keçirəcək. Daha əvvəl "Spartak" müdafiəçini transfer etmək istəyirdi.