Ərəb klubundan ulduz futbolçuya 45 milyon

Qətərin "Əl Ərəbi" klubu PSJ-nin yarımmüdafiəçisi Marko Verrattini aldığını açıqlayıb.

Sportline.az xəbər verir ki, transfer məbləği və 30 yaşlı italiyalı ilə müqavilənin müddəti dəqiqləşdirilməyib. Jurnalist Fabrizio Romanonun sözlərinə görə, "Əl-Ərəbi" futbolçu üçün 45 milyon avro ödəyib.

Sentyabrın 10-da futbolçunun Qətər klubunda illik 30 milyon avro alacağı, müqaviləsinin isə 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədə olacağı bildirilmişdi.