Ərəbistanda ulduzun sayı artdı
"Mançester Siti" Riyad Marezin "Əl-Əhl"yə transferini elan edib.
Sportline.az klubun saytına istinadla xəbər verir ki, o, yeni klubu ilə 2027-ci ilədək müqavilə imzalayacaq.
"Mançester Siti" bu transferdən 35 milyon avro və əlavə bonuslar qazanacaq.
Qeyd edək ki, əlcəzairli vinger 2018-ci ildə "Lester"dən Mançesterə gəlmişdi.
Marez "Mançester Siti" ilə 11 titula sahib olub.