Ərəblər daha bir ulduz ovunda
Səudiyyəlilər Bernardo Silvaya “Mançester Siti”dən daha çox pul ödəməyə hazırdır.
Sportline.az xəbər verir ki, "Əl-Hilal" yarımmüdafiəçiyə həftəlik təxminən 500000 funt-sterlinq (585000 avro) təklif edir. İngiltərə klubunda o, hazırda təxminən 150 min funt-sterlinq (175 min avro) qazanır.
Portuqaliyalı Avropada qalmaq istəyir, lakin Yaxın Şərq klubuna keçəcəyini istisna etmir. Futbolçunun agenti ötən həftə səudiyyəlilərlə görüş keçirib.