Ərəblər daha bir ulduz ovunda

"Atletiko Madrid"in hücumçusu Joao Feliks "Əl-Hilal"a keçmək üçün danışıqlar aparır.

Sportline.az xəbər verir ki, tərəflər arasında müzakirə yaxşı gedir. Hər iki klub müqavilədə maraqlıdır. Feliks 2019-cu ildən "Atletiko Madrid"də çıxış edir.

O, 2022/23 mövsümünün ikinci hissəsində "Çelsi"də icarə əsasında çıxış edib. Bu ilin iyulunda futbolçu "Barselona"ya keçmək arzusunda olduğunu demişdi. Lakin kataloniyalıların baş məşqçisi Xavi Feliksin transfer variantını bəyənmir.

“Atletiko” 23 yaşlı portuqaliyalının satışından 100 milyon funt-sterlinq qazanmağı planlaşdırır.