Ərəblər daha bir ulduzu "ovladı"
"Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubuna transfer olunub.
Sportline.az xəbər verir ki,"Mersisaydlılar" futbolçuya təşəkkür ediblər.
33 yaşlı Henderson 2011-ci ildən "Liverpul"da çıxış edirdi. "Liverpul" oyunçusu kimi yarımmüdafiəçi Çempionlar Liqasının qalibi və İngiltərə çempionu olmaq da daxil olmaqla səkkiz kubok qazanıb.