Ərəblər dayanmaq istəmir...

"Zenit"in vingeri Zelimxan Bakaev icarə əsasında "Əl-Vahda"ya keçəcək.

Sportline.az xəbər verir ki, “Zenit”in təşəbbüsü ilə müqaviləyə satınalma hüququ ilə bağlı bənd daxil edilməyib. Bakaev 2023/24 mövsümünün sonuna kimi icarəyə götürüləcək.

Bakaev 2022-ci ildən "Zenit"də çıxış edir. Ümumilikdə 27 yaşlı rusiyalı klubda 34 oyun keçirib, bu oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 2,5 milyon avro qiymətləndirir.