Ərəblər dayanmır - bu dəfə Levandovski...
Robert Levandovski Səudiyyə Ərəbistanına keçməkdən imtina edib.
Sprotline.az “Meczyki.pl”a istinadən xəbər verir ki, Səudiyyə klublarından biri hücumçunun agenti ilə əlaqə saxlayıb. Futbolçuya illik 150 milyon avro maaş təklif olunub.
Lakin futbolçunun özü bu transferdə maraqlı olmayıb və danışıqlar aparmayıb.
"Barselona"nın forvardı ötən mövsüm La Liqada 34 oyuna çıxıb, 23 qol vurub, 7 məhsuldar ötürmə edib. O, çempionatın bombardiri olub.