Ərəblər dayanmır: Bu dəfə Malkom
"Zenit"in yarımmüdafiəçisi Malkom Səudiyyə Ərəbistanından kluba keçməyə yaxındır.
Sportline.az xəbər verir ki, bu barədə futbol agenti Timur Qurtskaya açıqlamasında bildirib .
“Bizdə məlumat var ki, Malkom Səudiyyə Ərəbistanına getmək ərəfəsindədir. Demək olar ki, 50 milyon avroluq təklif alıb və maaşı şəxsən onunla razılaşdırılıb. Bəzi hesablamalara görə, bu, ildə 10-12 milyon avro edir"- deyə Timur Qurstakay bildirib.