Ərəblər dayanmır: bu dəfə Sadio Mane...

Sadio Mane ilə "Əl-Əhli" klubu maraqlanır.

Sportline.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "Liverpul"da keçmiş komanda yoldaşı Roberto Firminonun transferindən sonra seneqallı vingeri almaq istəyir. Mane ilə müqavilə imzalamaq Səudiyyə futbolunun prioritet məqsədlərindən biridir. 

Daha əvvəl "Bavariya"nın futbolçusu ilə "Əl-İttifaq" və "Əl-Nasr"in da maraqlandığı  bildirilirdi .

Mane ötən yay "Liverpul"dan "Bavariya"ya keçib. Bundesliqa çərçivəsində o, 25 oyun keçirib, 7 qol vurub, 5 məhsuldar ötürmə edib.