Ərəblər "İnter"lə bazarlıq edir
Marselo Brozoviçin "İnter"dən "Əl-Nəsrə" keçidi təhlükə altındadır.
Sportline.az xəbər verir ki, Səudiyyə klubu yarımmüdafiəçinin təklifini son anda dəyişib. "Əl-Nəsr" əvvəlcə 23 milyon avro təklif etsə də, tezliklə şərtləri bonuslar daxil olmaqla 15 milyon avroya dəyişib.
Brozoviç özü də vəziyyətə təsir göstərərək "Neradzurri"dən "Əl-Nəsr"ə getmək üçün ödəniş istəyib.
Daha əvvəl "Əl-Nəsr"in 30 yaşlı xorvatiyalıya 3 il müddətinə 100 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.