Ərəblər Kessyenin saqqızını oğurlamağa çalışır

Frank Kessi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçisi tezliklə Səudiyyə Ərəbistanı Liqasından cəlbedici təklif almalıdır.

Futbolçu daha 3 il müqaviləsi olan İspaniya klubunda qalmağa üstünlük verir. Lakin "Barselona" Kessye ilə ayrılmağa hazır olduğunu bildirsə, o zaman digər təklifləri də nəzərdən keçirəcək.

Kessye ötən mövsüm La Liqada 28 oyuna çıxıb.