Ərəblər onu 25 otaqlı malikanə, şəxsi təyyarə və 9 avtomobillə təmin ediblər

Neymarın "Əl-Hilal"a hansı şərtlər müqabilində keçdiyi məlum olub.

Sportline.az "El Partidazo de COPE"yə istinadla xəbər verir ki, braziliyalı ulduz 25 otaqlı malikanədə yaşayacaq.

Onun ixtiyarında 9 fərqli avtomobil və şəxsi təyyarə olacaq.

Bununla yanaşı Neymarın otellərdə, restoranlarda və səfərlərdəki bütün xərcləri klub tərəfindən ödəniləcək.

Həmçinin, Neymar Səudiyyə Ərəbistanı qanunlarına zidd olsa da, öz kəbinsiz sevgilisi ilə birgə yaşamaq hüqüquna da malik olacaq.