Ərəblər onu da istəyir
"Əl Əhli" Dieqo Simeoneni baş məşqçi təyin etmək istəyir.
Sportline.az xəbər verir ki “Atletiko Madrid”in baş məşqçisi Yaxın Şərq klubundan səxavətli təklif alıb. Onlar bir neçə il ona İspaniyada ala biləcəyi maksimum məbləği ödəməyə hazırdırlar .
Bu, səudiyyəlilərin argentinalı məşqçi ilə ilk dəfə danışıqlar aparmağa çalışması deyil. May ayında ona keçid üçün artıq böyük məbləğ təklif edilmişdi.