Ərəblər onu da istəyir

"Əl Əhli" "Mançester Siti"dən Riyad Mahrezlə maraqlanır.

Sportline.az xəbər verir ki, Səudiyyə klubu Mahrez üçün "Siti"yə 30 milyon funt-sterlinq (təxminən 35 milyon avro) təklif etməyə hazırdır. Artıq futbolçunun özünə də təklif gəlib, ona ildə təxminən 25 milyon funt-sterlinq (demək olar ki, 30 milyon avro) ödəməyə hazırdırlar.

Mahrez hələ karyerasını harada davam etdirəcəyinə qərar verməyib. O, ya Səudiyyə klubuna keçməyə razılaşa bilər, ya da komandada qala bilər.