Ərəblər onu da istəyir

"Atletiko Madrid"in yarımmüdafiəçisi Aksel Vitsel karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, 34 yaşlı belçikalı hələ ki, gələcəyi ilə bağlı yekun qərar verməyib.

Vitsel ötən yaydan “Atletiko Madrid”də çıxış edir. Bu mövsüm o, La Liqada komandanın heyətində bir oyun keçirib.

Yarımmüdafiəçi əvvəllər "Borussiya Dortmund", Çinin "Tyantszin", "Zenit", "Benfika" və "Standard" klublarında çıxış edib.