Ərəblər Poqbanı istəyirlər
"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Əl-Əhli" və "Əl-İttihad" 30 yaşlı fransızı istəyir. Səudiyyə Ərəbistanında transfer pəncərəsi açıq qaldığı üçün komandalar hələ də yarımmüdafiəçi ilə müqavilə imzalaya bilər.
Ötən mövsüm Poqba zədə səbəbindən komandanın heyətində 10 oyun keçirib, 1 məhsuldar ötürmə edib.