Ərəblərdən Neymara 200 milyon avro
PSJ-nin hücumçusu Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun transfer hədəfidir.
Sportline.az xəbər verir ki, klub braziliyalının transferi üçün 200 milyon avro ödəməyə hazırdır. Bu məbləğə futbolçunun üç illik maaşı daxildir. PSJ Avropada rəqiblərini gücləndirmək istəmədiyi üçün Neymarı "Əl-Hilal"a buraxmağa hazırdır.
Neymarın prioriteti MLS klubuna keçməkdir.
Neymar 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə keçib. O vaxtdan bəri o, 173 oyun keçirib, 118 qol vurub və 77 məhsuldar ötürmə verib. Futbolçunun parislilərlə müqaviləsi 2025-ci ilin iyununa kimi hesablanıb.