Ərəblərin Lukaku sevdası

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Romelu Lukakunu transfer etməyə ümid edir.

Sportline.az xəbər verir ki, hücumçuya 3 illik müqavilə təklif olunub və bu müqaviləyə əsasən Lukaku ilk ildə 35 milyon dollar (demək olar ki, 32 milyon avro) ala bilər. Ümumilikdə, müqavilənin 3 ili ərzində Romelu 90 milyon dollar (təxminən 80 milyon avro) qazana biləcək.

Hazırda yalnız Əl-Hilal "Çelsi"yə tələb olunan 40 milyon avronu ödəməyə hazırdır.