Ərəblərin Lukaku sevdası

"Çelsi" Romelu Lukakunun transferi üçün "Əl-Hilal"dan təklif alıb.

Sportline.az xəbər verir ki, londonlular hücumçunun "İnter"ə keçidindəki uğursuzluq və "Yuventus"la bağlı qeyri-müəyyənlik fonunda səbrlərini itirməyə başlayıblar. Səudiyyə klubu belçikalı üçün 50 milyon avro ödəməyə hazır olduqlarını və "mavilər"in bununla kifayətlənəcəyini bildirib.

Bununla əlaqədar olaraq, "Çelsi" menecerləri Lukakuya təzyiq göstərərək, onu gələcəyi ilə bağlı tez qərar verməyə çağırıblar.

"Əl-Hilal" futbolçunun özünə ildə 50 milyon avro ödəməyə hazırdır və müqavilə bağlayarkən əhəmiyyətli bonus da gözlənilir.