Ərəblərin mundial iştahı...
Səudiyyə Ərəbistanı 2034-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməyə iddialıdır.
Sportline.az xəbər verir ki, FIFA daha əvvəl 2030-cu ildə dünya çempionatının oyunlarına hansı ölkələrin ev sahibliyi edəcəyini açıqlamışdı.
Sonuncu dünya çempionatı 2022-ci ildə Qətərdə keçirilib. Qalib finalda Fransaya qalib gələn Argentina komandası olub (3:3, penaltilər 4:2).
Növbəti dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçiriləcək.