Ərəblərin ulduz ovu davam edir
"Atletiko Madrid"in hücumçusu Yannik Ferreyra-Karrasko "Əl Şabab"la müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, 30 yaşlı belçikalı ilə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" transferi 15 milyon avro qiymətləndirir.
Karrasko bu mövsüm İspaniya çempionatında 3 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.