Ərəblərin ulduz ovu davam edir
"Əl-İttihad" və "Betis" klubları müdafiəçi Luis Felipenin Səudiyyə klubuna mümkün transferi ilə bağlı müzakirələri davam etdirir.
Sportline.az xəbər verir ki, tərəflər intensiv danışıqlar aparır.
26 yaşlı braziliyalının hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. "Trasnfermarkt" oyunçunu 15 milyon avro qiymətləndirir.
Bu mövsüm Felipe La Liqada 4 matçda iştirak edib və 1 sarı vərəqə alıb.