Ərəblərin ulduz ovu davam edir: Bu dəfə Kessye

"Barselona"nın yarımmüdafiəçisi Frank Kessye Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu ilə müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, Səudiyyə klubu 26 yaşlı futbolçunun transferini sosial şəbəkələrdə açıqlayıb.

Kessye ötən yaydan "Barselona"da çıxış edir. O, kataloniyalıların heyətində 43 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.