Erik Ten Haq “Leipziq”i çalışdıra bilər

“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik Ten Haq Almaniyanın “Leipziq” klubunu çalışdıra bilər.

Sportline.az futbol jurnalisti Patrik Bergerin məlumatına istinadən xəbər verir ki, “Leipziq” klubunun rəhbərliyi niderlandlı çalışdırıcı Erik Ten Haqın xidmətində maraqlıdır.

“Leipziq”in hazır ki baş məşqçisi Marko Roz isə bu həftə istefaya göndəriləcək.

Qeyd edək ki, Erik Ten Haq baş məşqçi kimi “Ultrext”, “Ayaks” və “Mançester Yunayted” kimi klubları çalışdırıb.