Erik ten Haqın azrusu

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq müdafiəçi Conni Evansı komandada saxlamaq istədiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, yayda 35 yaşlı futbolçu ilə qısamüddətli müqavilə imzalanıb.

“Mən Evansın qalmasını istərdim - yeni müqavilənin müzakirəsi var. Danışıqlar aparırıq və xəbərimiz olanda onları həmişə olduğu kimi açıqlayacağıq" - deyə ten Haq bildirib.

Evans “Mançester Yunayted” akademiyasının məzunudur. 198 oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə edib.