Ermənistan çempionu İrəvana buraxılmır
Ermənistan Futbol Federasiyası "Pünik"ə ev oyunlarını İrəvanda keçirməsinə icazə vermir.
Sportline.az sovsport.ru-ya istinadla xəbər verir ki, federasiya sentyabrın 8-də klubun Abovyandakı stadiondan istifadəsi ilə bağlı müqaviləni birtəfərəfli şəkildə pozub.
Klubun prezidenti Artur Soqomonyan bildirib ki, onların Armavirdəki ehtiyyat arenadan yararlanmaq müraciətinə də rədd cavabı verilib.
Onun sözlərinə görə, "Pünik"ə Rusiya və Gürcüstan çempionatlarına qatılmaqla bağlı təkliflər gəlsə də, bu, hüquqi cəhətdən mümkün deyil.
Klub məsələ ilə əlaqədar FİFA və UEFA-ya müraciət edib.
Qeyd edək ki, aktivində 14 xalı olan "Pünik" çempionatın lideridir.