Ermənistan futbolunda qalmaqal

"Pünik" klubu Ermənistan çempionatından imtina etmək niyyətindədir.

Sportline.az Novostnik nəşrinə istinadla xəbər verir ki, Ermənistan Futbol Federasiyası "Pünik"lə Abovyan şəhərindəki stadionla bağlı anlaşmanı pozmaq qərarına gəlib.

Qurum həmçinin, ehtiyat arena kimi nəzərdə tutulan Armavir stadionu ilə bağlı müraciəti də müsbət cavablandırmayacağını açıqlayıb.

Bu halda stadionsuz qalacaq "Pünik" rəhbərliyi yarışdan imtina edəcəyini bildirib.

Qeyd edək ki, sözügedən komanda çempionatın lideridir.