Ermənistanda qazandığı qızıl medalı Azərbaycana həsr etdi
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda 45 kq çəkidə qızıl medal qazanan Türkiyə idmançısı Cansu Bektaş qələbəni Azərbaycana həsr etdiyini bildirib.
Sportline.az xəbər verir ki, o, TRT-yə müsahibəsində deyib:
"Çox xoşbəxtik… Qazandığımız medalları azərbaycanlı qardaşlarımıza ərmağan edirik".
Qeyd edək ki, turnirin açılış mərasimində Azərbaycan bayrağı yandırıldığı üçün Ermənistanda olan Azərbaycan idmançıları yarışı tərk ediblər.