Əsas namizəd: Frenk Lempard...

“Çelsi”nin keçmiş baş məşqçisi Frenk Lempard “Reyncers”in baş məşqçisi postuna iddialılar arasındadır.

Sportline.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Şotlandiya klubundan mümkün təklifə açıqdır. Lempardın son iş yeri bu yaya qədər müvəqqəti olaraq burada çalışdırdığı "Çelsi" olub. Mütəxəssis buna qədər "Everton" və "Derbi Kaunti"də çalışıb.

"Reyncers" oktyabrın 1-də baş məşqçi Maykl Bilin istefaya göndərildiyini elan edib. Klub 7 turdan sonra 12 xalla Şotlandiya çempionatının turnir cədvəlində üçüncüdür. “Reyncers” liqanın lideri “Seltik”dən 7 xal geri qalır.