Ərəblər təzyiq etdi, ulduz futbolçu paylaşımını sildi
"Arsenal"ın və Ukrayna millisinin futbolçusu Aleksandr Zinçenko sosial şəbəkədə İsraili dəstəkləyən paylaşımını silib.
Sportline.az xəbər verir ki, oktyabrın 8-də HƏMAS terror qruplaşmasının yaraqlıları İsrailə hücum ediblər. Futbolçu sosial şəbəkədəki profilini həmin paylaşımdan sonra bağlayıb. Buna səbəb isə bu paylaşımdan sonra ərəb internet istifadəçiləri oyunçunun yazılarının altına kütləvi şəkildə mənfi şərhlər yazmağa başlayıblar.
Bundan əvvəl Zinçenko İsrail xalqını dəstəkləyən bir hekayədə "Mən İsraili dəstəkləyirəm" yazısını qyed etmişdi.