Estoniya - Azərbaycan görüşünün hakimləri açıqlandı

Milli komandamızın AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Sportline.az xəbər verir ki, UEFA Tallində baş tutacaq qarşılaşmanı Almaniyadan olan hakimlər briqadasına həvalə edib.

Matçı Robert Şröder idarə edəcək.

Ona Kristian Gittelmann və Robert Vessel kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Florian Badstübner yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.