"Estudiantes"in futbolçusu ölümdən döndü

"Estudantes"in futbolçusu "Boka Junyors"la görüş zamanı ölümdən döndü.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Estudantes"in 24 yaşlı çilili futbolçusu Xavier Altamiranoun görüş zamanı dili qatlanıb. 

Həkimlərin müdaxiləsindən sonra futbolçu özünə gəlib və təcili olaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Estudantes" - "Boka Junyors" görüşü 0-0 hesablı heç-heçə ilə başa çatıb.