Etoo danışılmış oyunlarda iştirak edib?

Samuel Etoonun danışılmış oyunlarla məşğul olduğu iddia olunur.

Sportline.az xəbər verir ki, iyulun 18-də Kamerun Futbol Federasiyasının prezidenti Etoo ilə "Viktoriya Yunayted"in prezidenti arasında telefon danışığının səsyazısı yayılıb. Bu ilin yanvarında baş verdiyi güman edilən söhbətdə Etoo klubun məqsədinin Kamerunun yüksək liqasına yüksəlmək olduğunu söyləyib. Qeyd edək ki, “Viktoriya Yunayted” həmin vaxt 2-ci divizionun turnir cədvəlinin sonuncu pilləsində idi.

"Viktoriya Yunayted" birinci diviziona yüksəlməlidir. Bu, bizim məqsədimizdir. Bu, bizim federasiyamızdır. "Viktoriya Yunayted" yüksələcək" - deyə Etoo telefonda bildirib.

Mövsümün sonunda turnir cədvəlində 2-ci yeri tutan "Stade de Bertoua" futbol federasiyası tərəfindən diskvalifikasiya olunduqdan sonra "Viktoriya Yunayted" Kamerunun yüksək liqasına yüksəldi.

Amma Etoo öz növbəsində danışılmış oyunlarda iştirakını inkar edir.