"Everton" "Borussiya"ya elçi düşüb
Mönhenqladbax "Borussiya"sının müdafiəçisi Niko Elvedi karyerasını İngiltərədə davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 26 yaşlı isveçrəli "Everton"a keçə bilər. Klub rəhbərliyi futbolçunun transferi üçün danışıqlara başlayıb. "Vulverhempton" da Elvediyə iddialıdır.
Elvedi ötən mövsüm 34 oyuna çıxıb və 3 qol vurub. "Transfermarkt" onun dəyərini 18 milyon avro qiymətləndirir.