"Everton" heyətini möhkəmləndirdi
"Everton" "Lids"in yarımmüdafiəçisi Cek Harrisonu icarəyə götürdüyünü açıqlayıb.
Sportline.az xəbər verir ki, 26 yaşlı ingilislə müqavilə 2023/24 mövsümü üçün nəzərdə tutulub.
Harrison 2018-ci ildən "Lids"də çıxış edir. O, komandanın heyətində 206 oyun keçirib, 34 qol vurub və 32 məhsuldar ötürmə edib. "Lids" ötən mövsüm Premyer Liqadan aşağı liqaya düşmüşdü.