"Everton"da ayrılıq yaşana bilər

"Mançester Yunayted" "Everton"un ingiltərəli futbolçusu Cerred Brantveyti mövsümün sonunda heyətinə qatmaq istəyir.

Sportline.az "Yahoo Football" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" Brantveyt üçün "Everton"a 50 milyon avro ödəməyə hazırdır.

22 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 25 matçda 1 asistlə yadda qalıb.

Qeyd edək ki, Cerredin "Everton"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.