"Everton"dan yeni transfer
"Sportinq"in hücumçusu Şermiti "Everton"la müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, 19 yaşlı portuqaliyalı ilə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" keçidin dəyərini 15 milyon avro qiymətləndirir.
Şermiti ötən mövsüm 22 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.