Fayzullayev ÇSKA-da
ÇSKA "Paxtakor"un hücumçusu Abbosbek Fayzullaevlə müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, futbolçu 21 nömrə altında oynayacaq.
Daha əvvəl transfer məbləğinin 500 min avro olacağı və müqavilənin 3+1 sxemi üzrə bağlanacağı bildirilirdi .
19 yaşlı Fayzullayev bu yaxınlarda 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında milli komandasının liderlərindən biri olub. Portal Transfermarkt vingerin qiymətini 750 min avro qiymətləndirir.