Fayzullayev klubunu dəyişə bilər

"Paxtakor"un hücumçusu Abbosbek Fayzullaev yaxın vaxtlarda Moskvanın ÇSKA klubuna keçə bilər.

Sportline.az xəbər verir ki, Rusiya klubu özbək futbolçu üçün 500 min avro ödəyəcək. Müqavilə tezliklə elan edilə bilər.

2022-ci il mövsümündə Fayzullaev "Paxtakor"un heyətində bütün turnirlərdə 26 oyun keçirib, səkkiz qol və üç məhsuldar ötürmə edib.