Federasiya prezidenti: "Bu, rəzalətdir"
Braziliya Futbol Federasiyasının prezidenti Ernaldo Rodriges millinin sabiq futbolçuları Dani Alveşlə Robinyonun həbsinə münasibət bildirib.
Sportline.az xəbər verir ki, o, zorlamada ittiham olunan futbolçuların hərəkətlərini rəzalət adlandırıb.
"Bu, sadəcə biabırçılıqdır. Braziliya futbolunun ən rüsvayçı səhifələrindən biridir. Bu futbolçular millinin ulduzları olublar", - deyə Rodriges "Mundo Deportivo"ya açıqlamasında bildirib.
Qeyd edək ki, Robinyo 9 il, Alveş isə 4,5 il azadlıqdan məhrum edilib.