Feliks "Barselona" üçün 17 milyon avrodan imtina edir
Hücumçu Joao Feliks "Atletiko Madrid"dən "Barselona"ya keçmək üçün milyonlarla avrodan imtina etmək qərarına gəlib.
Sportline.az xəbər verir ki, ümumilikdə o, 17 milyon avrodan çox itirəcək.
23 yaşlı portuqaliyalının "Atletiko Madrid"lə mövsümə 6 milyon avro maaşla müqaviləsi var idi. Kataloniya klubuna keçdiyi üçün ona yalnız iyul və avqust ayları üçün maaş verilib, "Barselona" isə mövsümün qalan hissəsi üçün cəmi 400 min avro ödəyəcək. Feliks təkcə bu mövsüm demək olar ki, 5 milyon itirəcək.
Futbolçunu icarəyə buraxmaq üçün “Atletiko” həmçinin Feliksdən maaşını 6 milyon avrodan 3 milyon avroya endirməklə, klubla müqaviləsini daha iki mövsüm, 2028-ci ilə qədər uzatmağı tələb edib. Beləliklə, o, 24 deyil, daha dörd mövsümdə cəmi 12 milyon avro qazanacaq.