Feliks "Barselona" üçün əlçatmazdır

"Barselona" Joao Feliksi yalnız digər oyunçuları satılacağı təqdirdə ala biləcək.

Sportline.az xəbər verir ki, Kataloniya klubu hazırda bu transferi "iqtisadi cəhətdən mümkünsüz" adlandırır.

Ancaq "Mançester Siti"nin qanad oyunçusu Bernardo Silva əsas transfer hədəfidir .

Feliks ötən mövsüm "Çelsi"də icarə əsasında çıxış edib. Bu həftə o, "Barselona"ya keçmək istədiyini bildirib.