Feliksi "qırmızı şeytanlar" istəyir
"Mançester Yunayted" Joao Felikslə maraqlanır.
Sportline.az xəbər verir ki, mankunianlılar artıq yarımmüdafiəçinin ətrafı ilə əlaqə saxlasalar da, “Atletiko” hələlik rəsmi təkliflə çıxış etməyib.
"Nyukasl" və "Aston Villa" da Felikslə maraqlanır, lakin Joaonun Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyi birmingemliləri transfer şansından məhrum edir.
23 yaşlı futbolçuya diqqət yetirən digər klub isə PSJ-dir.