Feliksin taleyi Salaha bağlıdır
"Atletiko Madrid"in hücumçusu Joao Feliks karyerasını İngiltərədə davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 23 yaşlı portuqaliyalı "Liverpul"a keçə bilər. Mersisaydlılar futbolçunu Səudiyyə Ərəbistanından kluba keçə biləcək Məhəmməd Salahın əvəzləyicisi kimi nəzərdən keçirir.
2022/23 mövsümünün ikinci hissəsində Feliks "Çelsi"də icarə əsasında çıxış edib. O, London klubunda 20 matçda 4 qol vurub.