Felipe Melodan yeni müqavilə

“Fluminense” oyunçusu Felipe Melo ilə yeni müqavilə imzalayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı futbolçunun yeni sözləşməsinin müddəti gələn ilin yayında başa çatacaq.

Qeyd edək ki, 2022-ci ildən “Fluminense”də mübarizə aparan Melo daha əvvəl Türkiyədə "Qalatasaray"ın şərəfini qoruyub. O, İstanbul nəhəngində üç dəfə ölkə çempionu olub.