Feller millini çalışdırmaq istəmir

Almaniya millisinin idman direktoru Rudi Feller millinin yeni baş məşqçisi postuna namizədliyini irəli sürmək niyyətində olmadığını bildirib.

Sportline.az xəbər verir ki, bu barədə, o, açıqlamasında bildirib: “Aydındır ki, söhbətlərimizdə adlar hallanır, amma mən belə vəziyyətləri şərh etməməyi öyrənmişəm. Əminəm ki, üç həftə yarımdan sonra biz yeni məşqçi təqdim edəcəyik”, - Feller "Sky Sports"a açıqlama verib.

Sentyabrın 10-da Flikin Almaniya millisinin baş məşqçi postunu tərk etdiyi məlum olub. O, 2021-ci ildən komandaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında Almaniya millisi 25 oyun keçirib, 12 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 6 oyunda məğlub olub.