"Fənərbağça" "Atletiko Madrid"in futbolçusunu transfer etməyə hazırlaşır
"Fənərbağça" "Atletiko Madrid"in futbolçusunu transfer etməyə hazırlaşır.
Sportline.az Fotoma.com.tr-yə istinadla xəbər verir ki, "sarı-lacivərtlər" İspaniya klubunun təcrübəli müdafiəçisi Stefan Saviçlə danışıqlara başlayıb.
"Fənərbağça" klubu sabah keçiriləcək iclasdan sonra yola davam etmək qərarına gələcəyi təqdirdə təcrübəli müdafiəçiyə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Stefan Saviçlə qış transfer pəncərəsində şəxsi razılıq əldə olunsa da daha sonra müqavilə şərtlərinə görə keçid alınmamışdı.