"Fənərbağça" braziliyalını istəyir

"Fənərbağça" Vendeli "Zenit"dən icarəyə götürmək istəyir.

Sportline.az xəbər verir ki, daha əvvəl Vendelin agenti braziliyalının ölkədəki gərgin siyasi vəziyyətə görə Rusiyaya qayıtmayacağını bildirmişdi. Daha sonra "mavi-ağ-göylər"in baş direktoru Aleksandr Medvedev əmin edib ki, yarımmüdafiəçi yaxın vaxtlarda komandaya qoşulacaq.

"Fənərbağça"nın prezidenti Ali Koç Vendeli icarəyə götürmək üçün danışıqlara başlayıb.