"Fənərbağça" "Fatih Karagümrük" matçı təxirə salına bilər

"Fənərbağça" "Fatih Karagümrük" matçı təxirə salına bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, buna səbəb "sarı-lacivərtlər"in UEFA Konrans Liqasında  "Olimpiakos"la görüş tarixi olub. 

Türkiyənin Avrokuboklardakı yeganə təmsilçisi "Fənərbağça" Yunanıstan təmsilçisi ilə aprelin 11-də səfərdə, 18-də isə doğma meydanda qarşılaşacaq.

Qeyd edək ki, "Fənərbağça" aprelin 7-də isə "Qalatasaray"la Super Kubok matçında üz-üzə gələcək.